BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin istehsalına başladığı tam elektrikli avtomobilin ilklərindən bir ədədi artıq Bakıya gətirilib və Prezident İlham Əliyevə təqdim edilib.
Bu haqda xəbəri Prezidentin Mətbuat xidməti aprelin 4-də yayıb.
Qeyd edək ki, 2022-ci ildə artıq istehsalının ilk siqnalları verildikdən sonra TOGG adlı bu avtomobilin ilk müştərisiz olaraq Prezident İlham Əliyev arzusunu ifadə etmişdi. Bir neçə gün öncə avtomobilin artıq kütləvi istehsalına başlanıldığı bildirilmiş, ilki Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğana təqdim edilmişdi. Növbəti avtomobil isə, göründüyü kimi, Azərbaycan Prezidentinə təqdim edilib.
Onu da əlavə edək ki, TOGG-un ilk mərhələdə 20 min ədəd satışı nəzərdə tutulur. Bu avtomobilləri almaq üçün artıq 170 min müraciətin olduğu bildirilir. Tələbatın çoxluğu nəzərə alınaraq istehsalçı ilk 20 min müştərini püşkatma yoluyla seçib. Əlbəttə ki, Türkiyə və Azərbaycan dövlət başçıları istisnadır.
Əlavə edək ki, TOGG-un İlham Əliyevə təqdim edilməsi ilə bağlı Türkiyə Cümhurbaşqanı sosial mediada paylaşım edib, xeyir-dua verib.
Gardaşım İlham Aliyev de Türkiye’nin gururu Togg’unu teslim aldı. Hanenize hayırlı olsun. Allah güzel günlerde kullanmayı nasip etsin gardaşım @azpresident. pic.twitter.com/cDxpMXuzhn
— Recep Tayyip Erdoğan (@RTErdogan) April 4, 2023
*TOGG – Türkiye Otomobil Girişimcileri Grubu





