Press "Enter" to skip to content

YARAT-da “Şimşəyin təbəssümü” filmi

Şimşəyin təbəssümü

BAYRAQDAR MEDİA – Yanvarın 30-u saat 19:00-da YARAT Müasir İncəsənət Məkanında fransız rejissoru Deni de La Patelyerin “Şimşəyin təbəssümü” (1965) filmi nümayiş olunacaq.

Bu haqda YARAT-ın yaydığı xəbərdə qeyd olunur.

Xəbərdə deyilir ki, “film çox qeyri-adi hekayədən, istehzalı və eyni zamanda da kəskin dialoqlardan ibarət ssenariyə malikdir. Filmin baş qəhrəmanı Leandr Brissak keçmiş notariusdur və hal-hazırda baytar kim fəaliyyət göstərir. O, həm heyvanları, həm də alkoqollu içkiləri eyni dərəcədə sevən, mizantrop və anarxistdir, şəhərdən kənar malikanəsində təmkinli, sakit, ərinin qəribəliklərinə və şıltaqlıqlarına alışmış arvadı Mari ilə birgə yaşayır…”.

Bildirək ki, tamaşaçılar həm filmi izləyəcək, həm də film haqda maraqlı müzakirəyə qatılacaq.

Film rus dilində Azərbaycan subtitrləri ilə nümayiş olunacaq.

Qeyd edək ki, tədbirə giriş sərbəstdir.

Mission News Theme by Compete Themes.