Press "Enter" to skip to content

“Muzeydə kino” adlı yeni layihə

Muzeydə kino

BAYRAQDAR MEDİA – Fevralın 3-dən Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə kino” adlı yeni layihə başlayır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Muzeydən daxi lolub.

Xəbərdə bildirilir ki, “Milli İncəsənət Muzeyi müxtəlif dövrlərdə yaşayıb-yaratmış Azərbaycan və dünya rəssamlarının əsərlərindən ibarət zəngin kolleksiyaya malikdir. Bu layihə çərçivəsində təqdim ediləcək filmlər sənət insanlarının yaradıcılıq dünyasını daha dərindən dərk etməyə kömək edəcək”.

Qeyd edək ki, filmlərin nümayişi şənbə və bazar günləri saat 17:00-da muzeyin kinozalında keçiriləcək.

Mission News Theme by Compete Themes.