Press "Enter" to skip to content

Dünyanın ən böyük panorama muzeyi

Bu muzey tarixin o üzündən bu üzünə bir körpüdür

Son yeniləmə: 12 Fevral 2024 13:54

Bursaya səyahət edən soydaşlarımız burada Azərbaycanla bağlı maraqlı məqamlarla rastlaşa bilərlər

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Azərbaycanın media təmsilçilərinin qardaş ölkənin Bursa şəhərinə səfəri reallaşıb. Dörd gün davam edən səfərdə məqsəd Türkiyənin mədəniyyət və turizm imkanları barədə məlumat əldə etmək və bunu Azərbaycan xalqına çatdırmaq olub.

Türkiyədə qışda dincəlmək üçün ideal məkanlardan biri

Məlumat üçün bildirək ki, səfər Türkiyənin Kültür və Turizm Bakanlığının təşkilatçılığı və Türkiye Turizm Tanıtım ve Geliştirme Ajansının (TGA) dəstəyi ilə reallaşıb.

Dünyanın ən böyük panorama muzeyi

BAYRAQDAR MEDİA – Səfərin üçüncü günü Bursadakı bir çox tarixi yerlərə ziyarət təşkil edildi. Bunlar barədə ümumilikdə növbəti yazımzıda məlumat verəcəyik. Lakin dünyanın ən böyük panorama muzeyi olan “Panorama 1326 Bursa Fəth Muzeyi” haqqında xüsusi bir yazı hazırlamağa qərara aldıq. Çünki bu muzeydə Azərbaycanla bağlı bir necə maraqlı məqamlar var. Həmin məqamlar barədə bir qədər sonra qeyd edəcəyik.

Muzeyin yaradılmasında məqəsd Bursanın fəthi tarixini gələcək nəsillərə ötürməkdir
Muzeyin yaradılmasında məqəsd Bursanın fəthi tarixini gələcək nəsillərə ötürməkdir

Hələlik isə bildirək ki, “Panorama 1326 Bursa Fəth Muzeyi” Osmanlı İmperatorluğunun İstanbuldan əvvəl ilk paytaxtı olan Bursanın fəthini və imperiyanın qurulmasını panoramik görüntülər və topoqrafik xəritələr vasitəsilə ziyarətçilərə çatdırır. Yəni muzeyin yaradılmasında məqəsd Bursanın fəthi tarixini gələcək nəsillərə ötürməkdir.

Muzey memarlığı və ətraf mənzərəsi ilə diqqəti cəlb edir

Orada olarkən məlumat verildi ki, Yaşıl bina konseptinə uyğun dizayn edilən muzeyinin tikintisinə 15 sentyabr 2015-ci ildə başlanıb və tikinti 1 noyabr 2018-ci ildə tamamlanıb. Muzeyin rəsmi açılışı 15 fevral 2019-cu il tarixində Cümhurbaşqanı Recep Tayyip Erdoğanın iştirakı ilə reallaşıb. “Panorama 1326 Bursa Fəth Muzeyi” qurulduğu qısa müddətdə Bursa xalqının və Bursaya gələn ziyarətçilərin böyük marağına səbəb olub.

Muzeyin bələdçisi Zeynep Bozla xatirə fotosu
Muzeyin bələdçisi Zeynep Bozla xatirə fotosu

Qeyd edək ki, muzey memarlığı və ətraf mənzərəsi ilə diqqəti cəlb edir.

Muzey binasının memarlıq layihəsi Uludağ Universiteti Memarlıq Fakültəsi Dekanı Prof. Dr. Nilüfer Akıncıtürk və Memarlıq Bölümü Müəllim Prof. Dr. Özgür Edizin rəhbərlik etdiyi layihə qrupu tərəfindən hazırlanıb.

Osman Gazinin zamanında onun istifadə etdiyi papaq nümunələri
Osman Gazinin zamanında onun istifadə etdiyi papaq nümunələri

Səyahət sahələrindəki müxtəlifliyi ilə diqqəti cəlb edən muzey daxilində dünyanın ən böyük tam panoraması, iki müvəqqəti sərgi sahəsi, Bursanın paytaxt olduğu dövrlərdə Osmanlının həyat nizamını və ictimai həyatını dəqiq şəkildə əks etdirən, Osmanlı İmperatorluğunun ilk 6 padşahını və dövrün mühüm şəxsiyyətlərinin töhfələrini əks etdirən 16 rəsm və replikadan ibarət bir qalereya sahəsi mövcuddr. Bundan başqa muzey iki çoxməqsədli seminar zalı və beş min kitab tutumlu iş və oxu sahələrindən ibarət kitabxanası ilə qonaqlarını qarşılayır.

Muzeydə iki azərbaycanlı izi

Muzey bələdçisi Zeynep Boz qeyd etdi ki, bu muzeyin hazırlanmasında 8 rəssam işləyib. Onlardan 6-sı Türkiyədən, biri Ukraynadan, biri isə Azərbaycandan olan rəssamdır.

Muzey bələdçisi Zeynep Boz məlumat verərkən
Muzey bələdçisi Zeynep Boz məlumat verərkən

Bu xəbərdən yola çıxaraq öyrəndik ki, həmin azərbaycanlı rəssam Yaşar Zeynalovdur. Özü də bu, onun bəlli sahə üzrə nə ilk, nə də son işi deyil.

“Panorama 1453 Fetih Muzeyi”ndə ilk dəfə bu istiqamətdə yaddaqalan əsərlər yaradan soydaşımız, sonradan qardaş ölkədəki digər oxşar muzeylərin formalaşmasında, o cümlədən “Panorama 1326 Bursa Fəth Muzeyi”nin yaradılmasında yaxından iştirak edib.

Muzeydəki izi olan ikinci azərbaycanlı isə Geyikli (marallı) babadır.

Geyikli babanın tarixdəki izi

Geyikli baba Osmanlının qurulmasında Şeyx Edabalı kimi önəmli rolu olan din əhli, mənəvi memarlardan biridir. Tarixi mənbələrə əsasən, o, Bursa Osmanlı tərəfindən mühasirədə olarkən Azərbaycanın Hoy şəhərindən gəlib İnegöl sərhədində yerləşmişdi. Yəni orda məskunlaşıb dərvişləri ilə birlikdə maralın belində Bursanın mühasirəsinə birbaşa qatılan bu şəxs əlindəki taxta qılıncla döyüşürmüş.

Geyikli babanın rəsmi
Geyikli babanın rəsmi

Onun Qızılkilsə tərəflərinin fəth edilməsində şəxsən iştirak etdiyi tarixi mənbələrdə qeyd olunub. Bursanın fəthindən sonra Keşiş dağına sığınan bu şəxsə Osman qazi hədiyyələr göndərib və ərazilər bəxş edib.

Beləliklə, Bursaya turist səfəri etmək istəyən azərbaycanlılar mütləq bu muzeyə baş çəkməliirlər. Çünki burada soyadaşalrımız Azərbaycanla bağlı maraqlı məqamlarla rastlaşa bilərlər

Mission News Theme by Compete Themes.