BAYRAQDAR MEDİA – Qədim Roma şəhəri Pompeydə böyük bir məzarda aparılan qazıntılar zamanı kişi və qadın heykəli tapılıb.
BAYRAQDAR MEDİA xəbər verir ki, bu barədə “haberglobal.com.tr” məlumat paylaşıb.
Arxeoloqlar toqa geyinmiş qadın və kişi heykəllərinin eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi zamanı dağıdılan qədim şəhərdəki rahibələrin sahib olduğu gücə yeni işıq tutduğunu deyib.
Restavrasiya işlərinə başlamaq üçün Pompey qazıntılarının “Palestra Grande”sinə köçürülən heykəllər, 16 apreldə açılacaq “Essere donna nell’antica Pompei” (“Qədim Pompeydə qadın olmaq”) sərgisinin önə çıxan əsərləri olacaq.
Qeyd edək ki, ziyarətçilər sərgi zamanı gerçəkləşdiriləcək bərpa prosesində həssas prosedurları müşahidə edə biləcək.





