BAYRAQDAR MEDİA – İyunun 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Kanadanın xarici işlər naziri Anand arasında telefon danışığı aparılıb.
Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Məlumatda deyilir ki, Kanada xarici işlər naziri, həmçinin ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi istiqamətində Azərbaycan tərəfindən göstərilən dəstəyə görə təşəkkür edib: “Ceyhun Bayramov öz növbəsində Kanada nazirini bu vəzifəyə təyinatı münasibətilə təbrik edib, ona uğurlar arzulayıb. Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar”.





