Press "Enter" to skip to content

Çıldırda ənənəvi Mangala turniri 

Adnan Korkut

BAYRAQDAR MEDİA – Çıldır Kaymakamlığının dəstəyi ilə Gənclik və İdman Rayon Müdirliyi tərəfindən təşkil ediləcək Mangala Turniri 17 fevralda hər yaşdan iştirakçını Çıldır Gənclik Ofisində bir araya gətirəcək.

Bu barədə ardahanhaber.com.tr saytı məlumat yayıb.

Məlumata görə, turnir hər kəsin iştirakına açıq olacaq və ənənəvi oyun mədəniyyətinin yaşadılmasını məqsəd qoyur: “Gənclik və İdman Rayon Müdiri Adnan Korkut bildirib ki, rayonda idman və mədəni fəaliyyətlərə böyük önəm verilir. Turnirin sonunda qalib gələn iştirakçılara mükafatlar Çıldır Kaymakamlığı və Bələdiyyə Başçılığı tərəfindən təqdim ediləcək”.

Mission News Theme by Compete Themes.