BAYRAQDAR MEDİA – Iğdır Universitetinin Fen-Edebiyyat Fakültəsinin müəllimləri Balkan türklərinin 113 ildir “itmiş” hesab olunan “Uslu ile Süslü” adlı xalq hekayəsini uzun sürən tədqiqatlar nəticəsində üzə çıxarıb. 1912-ci ildə qələmə alınan və Osmanlı – Rusiya müharibəsinin acılarını mövzu edən bu mədəni irs ilk dəfə olaraq latın əlifbası ilə nəşr edilib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumatda deyilir ki, türk xalq ədəbiyyatı və mədəniyyəti baxımından tarixi əhəmiyyət daşıyan hadisə kimi dəyərləndirilən bu iş, ədəbiyyat aləminə yeni bir nümunə qazandırıb: “Iğdır Universitetinin Türk Xalq Ədəbiyyatı üzrə müəllimləri dosent Dr. Oğuz Doğan və Dos. Dr. İsmail Abalı, Bolqarıstanın Deliorman bölgəsində yaşayan türklərə məxsus bu 113 illik xalq hekayəsini yenidən elmi dövriyyəyə daxil ediblər. 1912–1913-cü illərdə Osmanlı türkcəsində və manzum (şeir formasında) yazılan əsərdə müəllif adı göstərilmir, yalnız “Bir Deliormanlı” imzası yer alır”.
Məlumata əsasən, dosent İsmail Abalı bu təxəllüsün həmin dövrdə Balkan türklərinin çəkdiyi ortaq ağrı və fəryadı bütün millət adına ifadə etmək üçün seçildiyini vurğulayır: “Hekayə, sinəsində ay şəklində doğum ləkəsi olan Uslu adlı oğlan və ulduz şəklində ləkəsi olan bacısı Süslü ətrafında cərəyan edir. Lakin bu, yalnız iki qardaş-bacının hekayəsi deyil, 1877–1878 Osmanlı – Rusiya müharibəsi (93 Harbi) və Balkan müharibələri dövründə türklərin kimliklərini qoruma və vətən torpağında qalma mübarizəsinin epik təsviridir. Dosent Oğuz Doğanın sözlərinə görə, əsərin ikinci hissəsi oxucunu nağılı xatırladan mühitdən çıxararaq tarixlə üz-üzə qoyur və Plevnədə döyüşən Deliormanlı Yaşarın dirənişi ilə tanış edir. İllər əvvəl araşdırmaçı Ahmet Şeriflinin “Uslu ile Süslü bir gün mütləq kitab kimi çap olunacaq və bir cevher kimi təqdim ediləcək” şəklindəki proqnozu Iğdır Universitetinin bu çalışması ilə gerçəyə çevrilib; tozlu rəflərdə qalmış bu səs 2026-cı ilin Türkiyəsinə bir vefa borcu kimi daşınıb”.










İlk şərhi yaza bilərsiniz