BAYRAQDAR MEDİA – Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Xalq yazıçısı, dövlət mükafatı laureatı, görkəmli ictimai xadim Maqsud İbrahimbəyovun “Qora libosli ayol tashrifi” (Qara paltarlı qadın) adlı əsərinin özbək dilində nəşrinin təqdimatı keçiriləcək.
Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən mərkəzdən daxil olub.
Xəbərdə deyilir ki, “təqdimat mərasimində elm və ədəbiyyat xadimləri, mədəniyyət nümayəndələri, ictimaiyyət təmsilçiləri, jurnalistlər və yerli azərbaycanlı icmasının üzvlərinin iştirakı nəzərdə tutulur. Tədbir çərçivəsində Mərkəzin “Xarıbülbül” teatr truppası tərəfindən əsərin motivləri əsasında hazırlanmış teatrlaşdırılmış səhnə kompozisiyasının nümayişi planlaşdırılır”.
Bildirilib ki, “əsər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mərkəzin birgə layihəsi çərçivəsində özbək dilinə tərcümə edilərək nəşr olunub. Əsərin özbək dilində nəşri Azərbaycan ədəbiyyatının daha geniş oxucu auditoriyasına çatdırılmasına və Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlığın inkişafına töhfə verəcək”.










İlk şərhi yaza bilərsiniz