BAYRAQDAR MEDİA – Aprelin 12-də növbəti parlament seçkiləri keçirilib.
Türkiyə mətbuatı xəbər verir ki, seçkilərdə sürpriz nəticə əldə edilib. Belə ki, gözlənilənlərin əksinə olaraq müxalifət qalib gəlib.
Məlumatda deyilir ki, Peter Madyarın rəhbərlik etdiyi Tisza partiyası ba nazir Viktor Orbanın rəhbərlik etdiyi Fidesz Partiyasına qalib gəlib.
Məlumatda deyilir: “Səsvermə bülletenlərinin təxminən yarısının sayıldığı ilkin nəticələrə əsasən, 199 yerlik parlamentdə 138 mandatı Magyarın rəhbərlik etdiyi Tisza Partiyası qazanır.
Parlamentdə ən azı 100 mandat qazanan partiya və ya blok hökumət qurmaq hüququ əldə edir. Konstitusion çoxluq üçün isə 133 mandat tələb olunur”.






İlk şərhi yaza bilərsiniz