Press "Enter" to skip to content

Elmi konfrasn keçiriləcək

BAYRAQDAR MEDİA – 28-29 aprel tarixlərində “Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi” mövzusunda Respublika Elmi Konfransı keçiriləcək. Konfrans Azərbaycan Prezidenti İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli “2026-cı ilin Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamına əsasən keçirilir.

Fövqəladə Hallar Nazirliyinin və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləəck konfransın açılış mərasimi 28 aprel 2026-cı il tarixində saat 10:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında olacaq.

Bu barədə Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Məlumatda deyilir ki, açılış mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Adil Abdullayev və RSXM-nin baş direktoru,AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli açılış nitqi ilə çıxış edəcəklər. Açılışda həmçinin şəhərsalma və memarlıq sahəsində fəaliyyət göstərən dövlət qurumlarının məsul şəxsləri, alimlər və mütəxəssislər iştirak edəcəklər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.