Son yeniləmə: 27 Aprel 2026
BAYRAQDAR MEDİA – Selçuk Universiteti Tibb Fakültəsi Xəstəxanasında Primer İmmun Yetməzliyi Maarifləndirmə Həftəsi çərçivəsində tədbir keçirilib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, həkimlər, səhiyyə işçiləri, xəstə uşaqlar və onların ailələri bu xəstəliyə diqqət çəkmək üçün bir araya gəliblər.
Tədbir zamanı xəstəxananın həyətində “Bir fidan min ümid” şüarı ilə ağac əkilib.
Mərasimdə çıxış edən mütəxəssislər erkən diaqnozun əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, xəstəlik immun sistemindəki genetik çatışmazlıq səbəbindən yaranır və infeksiyalara meyli artırır. Ən çox uşaqlarda müşahidə olunur və vaxtında aşkarlanmadıqda ciddi fəsadlara səbəb ola bilər.
Tədbirdə ailələr də erkən müraciətin vacibliyini qeyd ediblər.






İlk şərhi yaza bilərsiniz