BAYRAQDAR MEDİA – Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2026-cı ilin yanvar-aprel ayları ərzində 7 164 vətəndaş müraciəti cavablandırılıb.
Bu barədə Fonddan məlumat verilib.
Məlumatda deyilir ki, müraciətlərin 2 669-u ünvanlı dövlət sosial yardımı, 1 384-ü pensiya təyinatı, 1 881-i sosial müavinət və təqaüd, 141-i sosial sığorta və fərdi uçot, 1 089-u isə digər istiqamətlər üzrə olub.






İlk şərhi yaza bilərsiniz