BAYRAQDAR MEDİA – Ardahan Universitetinin strateji tərəfdaşlarından olduğu Kuzeydoğu Anadolu Karyera Sərgisi – KUDAKAF’26 Erzurumda keçirilib. Atatürk Universitetinin ev sahibliyi ilə təşkil olunan sərgidə Ardahan Universiteti ilə yanaşı Bingöl, Erzincan Binali Yıldırım, Erzurum Texniki və Qafqaz universitetləri də iştirak edib.
Bu barədə Ardahan Universitetindən məlumat verilib.
Məlumatda deyilir ki, tədbirin əsas məqsədi regionun gənc insan resurslarını dövlət və özəl sektorun aparıcı nümayəndələri ilə bir araya gətirməkdir. Sərgi həmçinin universitet–dövlət–özəl sektor əməkdaşlığının institusional əsasda inkişafına töhfə verməyi hədəfləyir.
Açılış mərasimində Ardahan Universitetini rektor Prof. Dr. Öztürk Emiroğlu, rektor müavini Prof. Dr. Yeliz Demir, müəllimlər və 300 tələbədən ibarət nümayəndə heyəti təmsil edib. Universitetin stendində innovativ layihələr və sektor əməkdaşlıqları haqqında geniş məlumat təqdim olunub. Rektor Öztürk Emiroğlu bildirib ki, KUDAKAF’26 tələbələrin peşəkar dünyanı yaxından tanıması və karyera baxımından yeni perspektivlər qazanması üçün mühüm platformadır.






İlk şərhi yaza bilərsiniz