BAYRAQDAR MEDİA – Aydında keçirilən müxtəlif proqramlar çərçivəsində şəhərə səfər edən İlim Yayma Vəqfinin Himayəçilər Şurasının sədri Necmeddin Bilal Erdoğan ilk olaraq Aydın Adnan Menderes Universitetinin rektorluğunu ziyarət edib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, universitetin rektoru Prof. Dr. Bülent Kent ilə görüşən Bilal Erdoğan ali təhsil müəssisəsində aparılan elmi tədqiqatlar və həyata keçirilən layihələr barədə məlumat alıb. Görüşdə AK Parti Aydın millət vəkilləri, Aydın Böyükşəhər Bələdiyyəsinin sədri və digər rəsmi şəxslər də iştirak ediblər.
Daha sonra Bilal Erdoğan universitetdə təşkil olunan mərhum baş nazir Adnan Menderesə həsr edilmiş foto sərgini ziyarət edib. O, bu cür mədəni tədbirlərin gənc nəsildə tarixi şüurun formalaşması baxımından mühüm rol oynadığını bildirib.






İlk şərhi yaza bilərsiniz