Press "Enter" to skip to content

BŞTİ-də mütaliəni təşviq edən yeni təşəbbüs

BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsində əməkdaşların şəxsi və peşəkar inkişafını dəstəkləyən “Kitab klubu” fəaliyyətə başlayıb.

BŞTİ-dən verilən məlumata görə, “Kitab klubu” iştirakçılara müxtəlif əsər və ədəbi üslublarla tanış olmaq, maraqlı fikirləri müqayisəli şəkildə dəyərləndirmək və zəngin müzakirə mühiti formalaşdırmaq imkanı yaradır.

Yeni təşəbbüs çərçivəsində idarə əməkdaşları vaxtaşırı bir araya gələrək əvvəlcədən seçilmiş kitabları müzakirə edəcəklər. Müzakirə olunan əsərlər yerli müəlliflərin yaradıcılığı ilə yanaşı, dünya ədəbiyyatının klassik nümunələrini də əhatə edir.

“Kitab klubu”nun əsas məqsədi əməkdaşlar arasında mütaliə vərdişlərini təşviq etmək, analitik düşüncə və ünsiyyət bacarıqlarını inkişaf etdirmək, eyni zamanda kollektiv daxilində intelektual mühitin gücləndirilməsinə töhfə verməkdən ibarətdir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.