BAYRAQDAR MEDİA – Mayın 3-də Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) birinci cəhdi keçirilib.
DİM-in məlumatına əsasən, imtahanın keçirilməsi üçün, ümumilikdə 7 bina, 19 imtahan rəhbəri, 7 ümumi imtahan rəhbəri, 152 nəzarətçi, 19 buraxılış rejimi əməkdaşı (mühafizə) və 7 bina nümayəndəsi ayrılıb.
Mayın 4-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq.
İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.






İlk şərhi yaza bilərsiniz