BAYRAQDAR MEDİA – Ardahan Universitetinin Dr. Arzu Kılıç Davamlı Təhsil Tətbiq və Araşdırma Mərkəzinin koordinasiyası ilə “Akran zorakılığı” mövzusunda valideyn seminarı təşkil olunub. Tədbirdə psixoloq Buse Polat Namlıgöz akran zorakılığının mahiyyəti, uşaqlara təsiri və valideynlərlə müəllimlərin bu prosesdə tətbiq etməli olduqları yanaşmalar barədə ətraflı məlumat verib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, seminar zamanı iştirakçıların sualları cavablandırılıb və fərdi təcrübələr müzakirə olunub. Tədbirin sonunda psixoloq Buse Polat Namlıgözə təşəkkür sertifikatı təqdim edilib.






İlk şərhi yaza bilərsiniz