
Gülxar RƏHİMLİ,
AJB üzvü.
BAYRAQDAR MEDİA – Mayın 5-də Niyazi adına Dövlət Simfonik Orkestri Xaçmaz rayonu Heydər Əliyev adına Mədəniyyət Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış etdi.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən ölkə miqyaslı qastrol proqramı qostrol səfərlərini uğurla davam etdirir. Layihə çərçivəsində aparıcı bədii kollektivlər regionlarda çıxış edərək mədəni həyatı daha da zənginləşdirirlər. Bu çərçivədə Niyazi adına Dövlət Simfonik Orkestrin Xaçmaz şəhərində keçirdiyi möhtəşəm konsert proqramı saat 16:00-da başladı. Tədbir tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandı. Bir saat davam edən konsert proqramı zövqləri oxşadı, ruhumuzu dincəltdi.
Gecədə orkestrin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirdi. Proqramda Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Antonio Salieri, Asəf Zeynallı, Vasif Adıgözəlov və Hacı Xanməmmədov kimi görkəmli bəstəkarların əsərləri səsləndi və dinləyicilərə unudulmaz musiqi axşamı yaşatdı.
Qeyd edək ki, qastrol proqramının əsas məqsədi ölkə üzrə vahid mədəni mühitin formalaşdırılması, regionlarda mədəni həyatın canlandırılması və yüksək səviyyəli incəsənət nümunələrinin geniş auditoriyaya çatdırılmadır.
Layihə həmçinin milli incəsənətin regionlarda daha geniş təbliğinə və gənclərin mədəni proseslərə fəal cəlb olunmasına töhfə verir.






İlk şərhi yaza bilərsiniz