Son yeniləmə: 5 May 2026
BAYRAQDAR MEDİA – İstanbul Universitetinin Açıq və Uzaqdan Təhsil fakültəsində dekanlıq təhvil-təslim mərasimi keçirilib. Tədbirdə universitetin rektoru Prof. Dr. Osman Bülent Zülfikar, rektor müavinləri və çoxsaylı akademik heyət iştirak edib. Mərasimdə professor Levent Şahin dekanlıq vəzifəsini professor Şükrü Simə təhvil verib.
Universitetin məlumatına əsasən, rektor Osman Bülent Zülfikar çıxışında AUZEF-in rəqəmsal təhsil sahəsində strateji mövqeyinə diqqət çəkib. O bildirib ki, fakültə çevik təhsil sistemi sayəsində geniş tələbə auditoriyasına xidmət göstərir və universitetin müasir təhsil vizyonunda mühüm yer tutur.
Rektor professor Levent Şahinə fəaliyyətinə görə təşəkkür edib, yeni dekan professor Şükrü Simə isə uğurlar arzulayıb.






İlk şərhi yaza bilərsiniz