BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarları və məzunları 5 May – “Xalçaçı Günü”nə həsr olunmuş Milli Xalça Festivalında iştirak ediblər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Bakı Mühəndislik Universitetinin “Memarlıq və İnşaat” fakültəsinin “Dizayn” kafedrasının təşkilatçılığı ilə keçirilən festivalda ümumilikdə 20 əlilliyi olan gənc 9 müxtəlif istiqamət üzrə hazırladığı 860 ədəd əl işini sərgiyə çıxarıb. Sərgidə xalçaçılıq, dulusçuluq, dərzilik, bədii oyma, bədii tikmə və rəssamlıq məmulatları, eləcə də vitraj boya ilə hazırlanmış dekorativ işlər, toxunma suvenir oyuncaqlar və muncuqla hazırlanmış bəzək əşyaları nümayiş etdirilib. İnklüziv xarakter daşıyan bu kimi platformalar əlilliyi olan gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasına və cəmiyyət həyatında fəal iştirakına töhfə verir”.






İlk şərhi yaza bilərsiniz