Press "Enter" to skip to content

SDU-nun yeni rektoru kollektivə təqdim olunub

SDU-nun yeni rektoru kollektivə təqdim olunub

BAYRAQDAR MEDİA – Mayın 6-da Sumqayıt Dövlət Universitetinin (SDU) yeni təyin olunmuş rektoru Nurəli Yusifbəyli universitet kollektivinə təqdim edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “N.Yusifbəylinin SDU-ya rektor təyin olunması haqqında ölkə başçısının müvafiq Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdıran elm və təhsil nazirinin müavini İdris İsayev rektoru təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. İ.İsayev çıxışında ölkədə təhsil sahəsində həyata keçirilən islahatlardan bəhs edərək bildirib ki, son illər ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, universitetlərin maddi-texniki bazasının gücləndirilməsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və rəqəmsallaşmanın tətbiqi istiqamətində mühüm addımlar atılır. Qeyd olunub ki, həyata keçirilən bu məqsədyönlü siyasət nəticəsində Azərbaycan ali təhsil müəssisələrinin rəqabət qabiliyyəti artır, gənclərin keyfiyyətli təhsilə çıxışı genişlənir və insan kapitalının inkişafı təmin olunur”.

Sonra çıxış edən N.Yusifbəyli göstərilən etimada görə təşəkkürünü bildirib, bu vəzifənin məsuliyyətini vurğulayıb.

Tədbirdə həmçinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) direktor müavini Əminağa Sadıqov çıxış edərək yeni rektoru təbrik edib və ona uğurlar arzulayıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.