BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) 1, 2 və 3 saylı Uşaq evi sosial xidmət müəssisələrinin sakinləri üçün “Tanıma və güvən” layihəsi çərçivəsində rəqs məşğələləri təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “valideyn himayəsindən məhrum olmuş 4-7 yaş arası 20 uşağı əhatə edən layihənin məqsədi uşaqların özünüifadə bacarıqlarının, sosial ünsiyyətinin, özgüvən hissinin və emosional inkişafının dəstəklənməsidir. Proqram çərçivəsində uşaqlarla idman, milli, bal və müasir rəqs elementlərini özündə birləşdirən məşğələlər keçirilib”.
Sonra xəbərdə, “layihənin müəllifi və rəhbəri idman ustası, peşəkar rəqqas və pedaqoq Ruslan Tolmaçov məşğələlər zamanı uşaqlarda ritm duyumu, koordinasiya, komanda işi, səhnə davranışı və yaradıcı düşüncə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində müxtəlif interaktiv fəaliyyətlər həyata keçirib. “Tanıma və güvən” layihəsinin davam etdirilməsi nəzərdə tutulub” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz