Son yeniləmə: 11 May 2026
BAYRAQDAR MEDİA – Çanakkale Onsekiz Mart Universitetində keçirilən 29-cu Yaponiya Günləri çərçivəsində xüsusi mədəniyyət və incəsənət proqramı təşkil olunub. Tədbirdə Yaponiyanın İstanbuldakı baş konsulu IWAMA Ryoji, universitet rəhbərliyi, akademik heyət və tələbələr iştirak ediblər.
Universitetin məlumatına əsasən, proqram açılış nitqləri və sənətçilərin təşəkkür çıxışları ilə başlayıb: “Universitetin rektoru Prof. Dr. R.Cüneyt Erenoğlu çıxışında bu cür tədbirlərin iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirib. O, universitetlərin yalnız elm və təhsil deyil, həm də mədəniyyətlərarası dialoq mərkəzi olduğunu vurğulayıb”.
Tədbir çərçivəsində yapon mədəniyyətini əks etdirən səhnə çıxışları iştirakçılar tərəfindən böyük maraqla izlənilib.
Sonda qonaqlara mükafatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.






İlk şərhi yaza bilərsiniz