Press "Enter" to skip to content

Odunpazarında festival başlayır

Festival

BAYRAQDAR MEDİA – Eskişehirin Odunpazarı rayonunda 15-17 may tarixlərində keçiriləcək V Beynəlxalq 3D Gənclik Festivalı keçiriləcək.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumata görə, Odunpazarı Bələdiyyəsi və Eskişehir Avrupa Birliği Derneğinin birgə təşkil etdiyi festival “Dinləmə, Dialoq və Həmrəylik” mövzusuna həsr olunub: “Tədbir şəhərin məşhur məkanlarından olan Kanlıkavak Parkında keçiriləcək və minlərlə gənci bir araya gətirəcək. Festivalın ilk günündə bələdiyyə rəhbərləri gənclərlə görüşəcək, voleybolçu Meryem Boz isə idmanın gücündən danışacaq. Sonrakı günlərdə media etikası, fəlsəfə, həmrəylik və könüllülük mövzularında panel və görüşlər təşkil ediləcək”.

Məlumata görə, festival çərçivəsində müxtəlif konsert proqramları, rəqs çıxışları və yaradıcı emalatxanalar da oacaq: “Tədbirdə qardaş bələdiyyələrin iştirakı ilə beynəlxalq əməkdaşlıq mövzularına da yer veriləcək. Üç gün ərzində gənclər öz yaradıcılıqlarını sərgiləmək imkanı əldə edəcəklər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.