BAYRAQDAR MEDİA – 2026-cı ilin yanvar-aprel ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 123,7 milyon manat və ya 5,9 faiz artım qeydə alınıb.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Məlumatda deyilir ki, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 50,3 milyon manat və ya 7,4 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 127,3 milyon manat və ya 9,4 faiz artımla olub.






İlk şərhi yaza bilərsiniz