IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsində iştirak edən Batıgöz klinikası tədbir çərçivəsində sosial məsuliyyət yönümlü tibbi xidmət həyata keçirib
BAYRAQDAR MEDİA – IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsində iştirak edən Batıgöz klinikası tədbir çərçivəsində sosial məsuliyyət yönümlü tibbi xidmət həyata keçirib.

Bu barədə BAYRAQDAR MEDİA-ya klinikadan məlumat verilib.
150-yə yaxın şəxs üçün ödənişsiz göz müayinəsi aparılıb
Məlumata görə, tədbir zamanı klinikanın peşəkar həkim heyəti tərəfindən 150-yə yaxın şəxs üçün ödənişsiz göz müayinəsi aparılıb, görmə vəziyyəti qiymətləndirilib və göz sağlamlığının qorunması ilə bağlı maarifləndirici məlumatlar təqdim olunub: “Mütəxəssislər tərəfindən erkən diaqnostikanın əhəmiyyəti, mütəmadi göz müayinəsinin vacibliyi, uzun müddət ekran qarşısında qalmağın göz sağlamlığına təsiri, eləcə də quru göz sindromunun yaranma səbəbləri və müasir müalicə yanaşmaları haqqında məlumat verilib”.
Batıgöz klinikasının zirvədə iştirakı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb
Məlumatda o da vurğulanıb ki, tədbir çərçivəsində iştirakçılara müxtəlif hədiyyələr də təqdim olunub: “Qeyd edək ki, Batıgöz klinikası 5 ölkədə 15-dən çox filialı ilə fəaliyyət göstərən beynəlxalq klinikalar şəbəkəsidir. Bakı ilə yanaşı bölgələrdə də xidmət göstərən klinikalar şəbəkəsində katarakta və lazer göz əməliyyatları, retina və vitreoretinal cərrahiyyə, qlaukoma, pediatrik oftalmologiya, eləcə də ümumi göz xəstəliklərinin diaqnostika və müalicəsi həyata keçirilir”.

Eyni zamanda Batıgöz klinikası quru göz sindromunun IPL EyeLight texnologiyası ilə müalicəsini tətbiq edən ilk klinikalardan biri olaraq oftalmologiya sahəsində müasir tibbi yanaşmaları tətbiq etməyə davam edir.

Batıgöz klinikasının zirvədə iştirakı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və bu təşəbbüs göz sağlamlığı sahəsində maarifləndirmə ilə erkən diaqnostikanın əhəmiyyətini bir daha ön plana çıxarıb.





İlk şərhi yaza bilərsiniz