Press "Enter" to skip to content

Diş müalicəsi istiqamətində mühüm addım

BAYRAQDAR MEDİA – Iğdır Universiteti nəzdində fəaliyyət göstərən Ağız və Diş Sağlamlığı Xəstəxanası fəaliyyətini genişləndirməkdə davam edir. YÖK ilə aparılan danışıqlardan sonra yaradılan xəstəxananın təcili ehtiyaclarının qarşılanması və xidmət imkanlarının artırılması məqsədilə SGK ilə qlobal büdcə müqaviləsi də imzalanıb.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Bildirilib ki, son dövrdə personal və infrastruktur təminatı böyük ölçüdə tamamlanan tibb müəssisəsində xidmətlər aktiv şəkildə göstərilir: “Iğdır FM-də yayımlanan proqramda çıxış edən fakültə dekanı Prof. Dr. Cenk Fatih Çanakçı əsas məqsədlərinin bölgədə “sağlamlıq miqrasiyasını” aradan qaldırmaq olduğunu bildirib. O qeyd edib ki, Iğdır sakinləri artıq diş müalicəsi üçün başqa şəhərlərə getməyə məcbur qalmayacaq. C.Çanakçı ən mürəkkəb cərrahi müdaxilələrin belə xəstəxananın özündə həyata keçirilməsi üçün müasir infrastrukturun qurulduğunu vurğulayıb”.

Məlumatda həftə içi hər gün fəaliyyət göstərən mərkəzdə vətəndaşların müayinə və müalicəsi üçün xüsusi planlaşdırma aparıldığı bildirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.