Press "Enter" to skip to content

“Dövlət qulluğunda vəzifələrin və ehtiyat kadrların idarə edilməsi” mövzusunda təlim

BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzinin Vəzifələrin idarəedilməsi və ehtiyat kadrlarla iş sektorunun böyük məsləhətçisi Röyal Şərifov tərəfindən “Dövlət qulluğunda vəzifələrin və ehtiyat kadrların idarə edilməsi” mövzusunda təlim keçirilib. Təlimdə Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak edib.

Bu barədə DİM-in məlumatında qeyd edilib.

Bildirilib ki, təlim zamanı iştirakçılara inzibati vəzifələrin müsabiqə, ümumi və daxili müsahibə əsasında tutulması, namizədlərə dair tələblər, müvafiq vəzifələr üzrə qulluq funksiyalarının, vəzifənin tutulma şərtlərinin müəyyən edilməsi, müxtəlif dövrlər üzrə təsdiq edilmiş ali təhsil üzrə ixtisasların uyğunlaşdırılması cədvəli nəzərə alınmaqla təhsilə dair tələbin müəyyən edilməsi, müsahibə proqramlarının hazırlanması ilə bağlı tələblər, habelə “Dövlət qulluğu-Vəzifələrin İdarə edilməsi Sistemi”ndən istifadə və müvafiq sahəyə dair digər məsələlər barədə məlumat verilib.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.