BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində TƏBİB tərəfindən məqsədyönlü işlər aparılır.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Məlumatda deyilir: “Rəqəmsal dövlət xidmətlərinin “bir pəncərə” prinsipi ilə təqdim olunmasıüzrə görülən tədbirlər çərçivəsində “e-Tabib” mobil tətbiqi üzərindən göstərilən rəqəmsal xidmətlərin “mygov” platformasına inteqrasiya prosesi artıq bitib. Bu gündən etibarən “e-Tabib” tətbiqi fəaliyyətini tam olaraq dayandırır və xidmətlər artıq “mygov” platformasından təqdim olunur. Qərar xidmətlərin təkrarlanmasının qarşısının alınması və vətəndaşlara daha çevik xidmət göstərilməsi məqsədilə qəbul olunub.Bununla da “e-Tabib” “mygov” platformasına inteqrasiya edilənnövbəti dövlət tətbiqidir. “mygov” mobil tətbiqini bu keçid vasitəsilə yükləyə bilərsiniz. Tətbiqin son yeniliklərini və xəbərlərini sosial şəbəkələrdə izləyin”.






İlk şərhi yaza bilərsiniz