Əli Orucov: 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün təkcə işğalçılara qaşı vuruşmadı, Ermənistanın beynəlxalq havadarlarına qarşı da dirəniş göstərməyi bacardı
BAYRAQDAR MEDİA – “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəngilan şəhərində inşa olunan yaşayış kompleksinin açılış törənindəki çıxışında həmişəki kimi yenə də diqqət çəkən məqamlara toxunub. Çıxışdan da bəlli olduğu kimi, xüsusən də işğal dönəmində həyata keçirilən ekosit, 2020-ci il 44 günlük müharibə zamanı Azərbaycana böyük dövlətlər tərəfindən edilən təzyiqlər, ermənilərin Azərbaycanın mülki obyektlərini hədəfə alması kimi məsələlər hər an ayıq-sayıq olmağımızı diqtə edir”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında politoloq Əli Orucov deyib.
O, qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün təkcə işğalçılara qaşı vuruşmadı, Ermənistanın beynəlxalq havadarlarına qarşı da dirəniş göstərməyi bacardı: “Cənab Prezident Ali Baş Komandan kimi təkcə orduya komandanlıq etmədi, paralel olaraq da adlarını həmin görüş zamanı çəkdiyi 3 nüvə dövlətinin, həmçinin digərlərinin də siyasi və təbliğat müharibəsini təkbaşına dəf etdi. Təəssüflər olsun ki, həmin qarayaxma və basqı kampaniyası yenə də davam etdirilir. Lakin bütün bunlar Azərbaycanın siyasi iradəsini və tutduğu haqq yolunda inamlı addımları sapındıra bilmir. Bü gün ölkə qlobal siyasətin mərkəzindədər və böyük nüfuza malikdir”.
Politoloq deyib ki, Azərbaycan təkbaşına işğaldan azad etdiyi ərazilərdə geniş miqayslı tikinti-quraşdırma və məskunlaşma həyata keçirir: “Baxmaraq ki, bu işlərdə də erməni işğalçılarının basdırdıqları minalar, partlayıcı qurğular, çirkləndirilmiş ərazilər problemlər yaradır. Bununla belə indiyədək böyük qayıdış proqarmında axsamalar və gecikləmələr olmayıb. Cənab Prezidentin də vurğuladığı kimi revanşistlər yenidən baş qaldırmağa cürət edərləsə, yaxud hakimiyyətə gələrlərsə Ermənistanın və ermənilərin başı böyük dərddə olacaq. Onları daha ağı məğlubiyyətlər gözləyir”.
Əli Orucov vurğulayıb ki, Moskva özünün oyuncaq adamlarını qabağa verərək bölgədə yenə də məkrli planlarını gerçəkləşdirmək istəyir: “Onların əli ilə regionda qarşıdurmalar yaratmaqla sülhə, inteqrasiyaya və təhlükəsizliyə doğru atılan təşəbbüsləri pozmağa çalışır. Azərbaycan sülh və normallaşdırma gündəliyinə sadiq olsa da, erməni ilə qonşu olduğumzu da unutmamalıyıq. Çünki bu millət diplomatik və əməkdaşlıq dilinidə çətin başa düşür. Bütün bunların fonunda hesab edirəm ki, Azərbaycanın qüdrətinin və gücünün artması ümumilikdə Cənubi Qafqazda əmin-amanlığın və dayanıqlı sabitliyin etibarlı təminatı deməkdir”.






İlk şərhi yaza bilərsiniz