Press "Enter" to skip to content

“Screen International” jurnalının may buraxılışının üz qabığı Azərbaycana həsr olunub

“Screen International” jurnalının may buraxılışının üz qabığı Azərbaycana həsr olunub

BAYRAQDAR MEDİA – Böyük Britaniyanın kino sahəsində aparıcı beynəlxalq nəşrlərindən olan “Screen International” jurnalının may buraxılışının üz qabığı Azərbaycana həsr edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “jurnalın üz qabığında Azərbaycanda kino istehsalı sahəsində aparılan islahatların nəticələrindən biri olan geri ödəniş (cash rebate) mexanizmi ilə bağlı informasiya verilib. Xatırladaq ki, Nazirlər Kabinetinin 2025-ci il 4 iyul tarixli Qərarına əsasən, ölkə ərazisində film istehsalı üçün mal, iş və xidmətlərin alınmasına çəkilmiş xərclərin 25 faizi istehsalçıya geri qaytarılır. Bundan başqa, Azərbaycan mədəniyyətinin təbliği üçün müəyyən edilmiş meyarların azı üçünə cavab verdikdə çəkilmiş xərclərin daha 15 faizi istehsalçıya geri ödəniləcək. Beləliklə, istehsalçı şirkət xərclərinin 40 faizə qədərini geri ala biləcək. Bunu əsas götürərək jurnal Azərbaycanın xarici film istehsalçılarının sevimli məkanına çevriləcəyini bəyan edir”.

Jurnalın may buraxılışı 79-cu Kann Film Festivalına həsr edilib. Hazırda Azərbaycan bu festivalda milli stendlə təmsil olunur.

Onu da bildirək ki, əsası 1889-cu ildə qoyulan “Screen International” jurnalı 1975-ci ildən indiki adı ilə nəşr olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.