Press "Enter" to skip to content

Sosial sahədə yeni birgə layihələrin icrası imkanları nəzərdən keçirilib

Görüşdən foto

Son yeniləmə: 12 May 2026

BAYRADAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının (AİB) Sektorlar üzrə 3-cü Departamentinin Baş direktoru Kristin Enqstromun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.

Məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Nazirliklə AİB arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində səmərəli əməkdaşlığın həyata keçirildiyini, ötən dövrdə icra olunmuş birgə layihələrin önəmini qeyd edib: “Belə layihələrdən biri olan “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sosial müdafiə sahəsində Asiya İnkişaf Bankının dəstəyinin gücləndirilməsi” layihəsi çərçivəsində görülmüş işlərin müsbət nəticələrinin olduğu bildirilib. AİB-in 2025–2029-cu illər üçün Ölkə Tərəfdaşlıq Strategiyasının əhəmiyyəti, əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə imkanlar yaratdığı diqqətə çatdırılıb”.

Məlumata görə, son illər Azərbaycanda aparılan sosial islahatların uğurları, DOST Konsepsiyasının üstünlükləri, aktiv məşğulluq proqramlarının icrası, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi, sosial sahədə rəqəmsal həllərin geniş tətbiqi işləri barədə məlumat verilib: “Ölkəmizin əmək qanunvericiliyində edilmiş son dəyişikliklər, icbari tibbi sığorta sistemində aparılan islahatlar qeyd edilib. Kristin Enqstrom AİB-lə Nazirlik arasında əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsində maraqlı olduqlarını bildirib. Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə AİB arasındayeni birgə layihələrin icrası imkanları nəzərdən keçirilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.