Press "Enter" to skip to content

Xalq yazıçısının məzarı ziyarət olunub

Xalq yazıçısının məzarı ziyarət olunub

BAYRAQDAR MEDİA – Mayın 13-də müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, dramaturq, tənqidçi və ədəbiyyatşünas, ictimai-siyasi xadim, filologiya elmləri doktoru, Prof. Elçin Əfəndiyevin (1943-2025) anadan olmasının 83-cü ildönümü münasibətilə Fəxri Xiyabanda məzarı ziyarət edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “mərasimdə Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, millət vəkilləri, diplomatik korpusun təmsilçiləri, ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər. Ədibin məzarı üzərinə əklil və tər çiçəklər düzülüb. Çıxış edənlər E.Əfəndiyevin XX-XXI əsrlər Azərbaycan ədəbi-mədəni fikrinin inkişafındakı mühüm xidmətlərindən danışıblar. Qeyd olunub ki, görkəmli ədib bir-birindən maraqlı, əhəmiyyətli əsərləri ilə Azərbaycan ədəbiyyatının və milli teatrın inkişafına öz töhfəsini verib, ədəbi tənqidimizdə özünəməxsus iz qoyub. E.Əfəndiyevin ictimai-siyasi xadim kimi uzunillik səmərəli fəaliyyətindən də bəhs olunub”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva atasının xatirəsinə göstərilən ehtirama görə mərasim iştirakçılarına minnətdarlıq edib.

Xatırladaq ki, Xalq yazıçısı 2025-ci ilin 3 avqust tarixində dünyasını dəyişib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.