Press "Enter" to skip to content

Türkiyədə bir ilk

Çağdaş İlim Öngel artıq 8 ildir ki, su altında rəsm çəkir

BAYRAQDAR MEDİA – Eskişehirdə yaşayan təqaüdçü tibb bacısı Çağdaş İlim Öngel artıq 8 ildir ki, su altında rəsm çəkir. O, dünyada su altında rəsm çəkən üçüncü şəxs, Türkiyədə isə bu sahədə ilk türk qadını olduğunu bildirib.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumata görə, Çağdaş Ilim Öngel həm rəssamlıq təhsili aldığını, həm də dalğıclıq üzrə peşəkar hazırlıq keçdiyini deyib. O, Türkiyənin müxtəlif bölgələrində, həmçinin Qızıldəniz və Van gölündə dalış edərək su altında müxtəlif mövzularda rəsmlər çəkib.

Rəssam xüsusilə ətraf mühitin qorunması, qadınlara qarşı zorakılıq və təbiətin mühafizəsi kimi mövzulara diqqət çəkməyə çalışdığını bildirib. Öngel qeyd edib ki, sualtı dünyası onun həyata baxışını dəyişib və ona daha sakit düşünməyi öyrədib. Hazırda Eskişehirdə öz emalatxanasında rəsm, keramika və çanta dizaynı ilə məşğul olur. O, gənclərə sənətdən uzaq düşməməyi və daim istehsal etməyi tövsiyə edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.