BAYRAQDAR MEDİA – Bileçik Şeyh Edebali Universitetində Sağlamlıq Xidmətləri Peşə Yüksekokulunun Uşaq İnkişafı Proqramının koordinasiyası ilə “Kampusda gənc – uşaq görüşləri” adlı tədbir təşkil olunub. Tədbir Gənclik və İdman Nazirliyinin ÜNİDES proqramı çərçivəsində dəstəklənib.
Universitetin məlumatında deyilir ki, proqram çərçivəsində Afyon Kocatepe Universitetindən Dr. Merve Arabacı “Nağıllarla böyümək: hekayəçilik təlimi” mövzusunda seminar keçib.
Daha sonra Bursa Uludağ Universitetindən müəllim Hasan Er “Şəkilli uşaq kitabları ilə alternativ təcrübə dizaynları” mövzusunda təqdimat edib.
Tədbirə uşaq inkişafı və təhsili sahəsinə maraq göstərən iştirakçılar böyük diqqət nümayiş etdiriblər.
Sonda iştirakçılara təşəkkür sertifikatları təqdim olunub.






İlk şərhi yaza bilərsiniz