Press "Enter" to skip to content

Xalq artisti məktəblilərlə görüşüb

Görüş zamanı

BAYRAQDAR MEDİA -Tanınmış bəstəkar, Xalq artisti, “Şöhrət” ordenli sənətkar Eldar Mansurov “Məktəbdə…” layihəsinin qonağı olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki görüşü Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada keçirilib.

BŞTİ-dən verilən məlumata görə, Eldar Mansurov təhsil ocağına öz sevilən bəstələrinin sədaları altında daxil olub, foyedə səslənən musiqilər görüşə ilk anlardan xüsusi ovqat bəxş edib: “Səmimi atmosferdə keçən görüş zamanı sənətkar məktəb illərinə qayıdaraq vaxtilə oxuduğu təhsil ocağı ilə bağlı xatirələrini bölüşüb, müəllimlərinin həyatında və yaradıcılığında oynadığı mühüm roldan danışıb. Eldar Mansurov uşaqlıq illərindən musiqiyə olan marağından söz açıb, musiqinin insanın estetik zövqünün formalaşmasına təsirlərindən bəhs edib. O, musiqinin yalnız sənət növü deyil, həm də insanın mənəvi dünyasını zənginləşdirən mühüm tərbiyə vasitəsi olduğunu vurğulayıb. Qonaq şagirdlərə kitab oxumağı, klassik musiqilərimizi, dahi bəstəkarların yaddaşlarda yaşayan mahnılarını dinləməyi tövsiyə edib”.

Məlumatda daha sonra deyilir: “İllərdir sevilərək dinlənilən məşhur əsərlərinin yaranma tarixçəsini şagirdlərlə bölüşən Xalq artisti mahnıların əbədiyaşarlıq qazanmasına təsir edən amillərdən danışıb, gənclərin musiqi seçimləri və zövqləri barədə şagirdlərlə fikir mübadiləsi aparıb, onların suallarını cavablandırıb. Daha sonra şagirdlərin ifasında Eldar Mansurovun müəllifi olduğu sevilən mahnılar təqdim olunub”.

Sonda məktəblilərlə görüşdən böyük zövq aldığını deyən qonaq bu səmimi görüşün onun yaddaşında gözəl xatirə kimi qalacağını söyləyib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.