Press "Enter" to skip to content

DSMF-nin əməkdaşları “Süni zəkaya hazırlıq” mövzusunda beynəlxalq vebinarda iştirak ediblər

Dövlət Sosial Müdafiə Fondu

BAYRAQDAR MEDİA – “Rəqəmsal Konvergensiya Təşəbbüsü” çərçivəsində SocialProtection.org platformasının təşkilatçılığı ilə “Süni zəkaya hazırlıq: Sosial müdafiə sistemində süni zəkadan istifadəyə hazırsınızmı?” mövzusunda beynəlxalq vebinar keçirilib.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Bildirilib ki, DSMF-nin əməkdaşlarının da iştirak etdiyi vebinarda məlumat hazırlığı və məlumat bazasının əsasları, hüquqi və normativ çərçivələr, idarəetmə və institusional potensial, süni zəkanın tətbiqinə zəif hazırlığın mümkün riskləri və erkən xəbərdarlıq əlamətləri müzakirə olunub.

Həmçinin qurumların məsuliyyətli və effektiv süni zəka tətbiqinə hazırlığının qiymətləndirilməsi üçün praktik alətlər haqqında danışılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.