Press "Enter" to skip to content

KreativEU Rektorlar Zirvəsi keçirilib

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – “Kültürel irs və gələcəyin təhsili” mövzusunda keçirilən KreativEU Rektorlar Zirvəsi Qaziantepdə keçirilib.

Zirvədə 11 universitetin rektorları və nümayəndələri iştirak ediblər. Tədbirdə mədəni irsin qorunması, universitetlərarası beynəlxalq əməkdaşlıq və gələcəyin təhsil modelləri müzakirə olunub.

Proqram çərçivəsində Adana Alparslan Türkeş Elm və Texnologiya Universitetinin rektoru Prof. Dr. Adnan Sözen, Gaziantep Böyükşəhər Bələdiyyəsinin sədr müavini Murat Özgüler, Portuqaliya Politexnik Universitetinin rektoru João Freitas Coroado və, universitetin rektor müavini Célio Gonçalo Marques çıxış ediblər.

Adana Alparslan Türkeş Elm və Texnologiya Universitetindən verilən məlumata görə, çıxış edən rəsmilər KreativEU layihəsinin akademik və mədəni əlaqələrin inkişafına mühüm töhfə verdiyini bildiriblər. Zirvə tərəfdaş universitetlər arasında əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi ilə yekunlaşıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.