Son yeniləmə: 17 May 2026
BAYRAQDAR MEDİA – “Biz ciddi bir mövzunu müzakirə etmək üçün Bakıdayıq. Liderlərimiz arasında güclü etimad və sıx dostluq var”.
Bunu Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının deputatı, “Yüksəliş” Hərəkatının sədri Bobur Bekmurodov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Həmrəylik Forumundakı çıxışında bəyan edib.
O, qeyd edib ki, xalqların bu birliyə güclü istəyi var: “Amma bu proses QHT-lər sahəsində hələ də institutlaşmayıb. QHT-lərimiz arasında əməkdaşlıq hələ də mütəşəkkil deyil. Xarici qrantlara etibar etməyi dayandırmalıyıq. Türk dünyası qardaş ailəsidir. Öz daxili maliyyələşdirmə sistemimizi yaratmalıyıq. İnanıram ki, bu forum tarixi bir addım olacaq”.






İlk şərhi yaza bilərsiniz