BAYRAQDAR MEDİA – 18 may 2026-cı il “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyi tərəfindən qlobal şəhərsalma fəlsəfəsinə yeni baxış bucağı gətirən “Mikro sənətdən memarlığa” adlı tematik sərgi keçirilmişdir. Sərgi, tarixi irsi statik arxiv materialından çıxarıb, müasir şəhərlərin gələcək simasını müəyyən edən dinamik layihə resursuna çevirmək konsepsiyası ilə iştirakçıların böyük marağına səbəb olmuşdur.
Xəbər BAYRAQDAR MEDİA-ya Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin İnformasiya Mərkəzindən daxil olmuşdur.
Xəbərdə deyilir ki, “tədbir zamanı araşdırmaçı tətbiqi sənət ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü İsgəndər Sərdarlı ziyarətçilərə yeni şəhərsalma və memarlıq epoxasında xalqların zəngin mədəni irs xəzinəsindəki xarakterik elementlərinin yaşadılmasının həyati vacibliyindən danışmışdır. Sənətkar vurğulamışdır ki, XXI əsr Azərbaycan mücrülərində və el sənəti nümunələrində tətbiq edilən riyazi nisbətlər, ornament simmetriyası və konstruktiv həllər, sadəcə dekorativ obyektlər deyil, gələcəkdə inşa ediləcək irimiqyaslı binaların və şəhər simvollarının konseptual təməli, vizual yol xəritəsidir. Bu yanaşma memarlara tarixi yaddaşın ən kiçik fraqmentini böyük bir şəhərsalma kompleksinin vizual nüvəsinə çevirməyi təklif edir”.
Bildirilib ki, “adı çəkilən İctimai Birliyin Sənətdə yeni texnologiyalar və innovasiyalar departamentinin rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının üzvü, qrafik dizayner Toğrul Sərdarlı isə sərgi iştirakçılarına ən müasir texnologiyalarla istənilən mədəni irs elementlərini memarlığa transformasiya etmək üçün yaratdıqları xüsusi elmi metodologiyanın mahiyyətindən bəhs etmişdir. T.Sərdarlı rəqəmsal bərpa və yüksək dəqiqlikli 3D mühəndislik vasitəsilə tarixi və dağıdılmış abidələrin “memarlıq genetikası”nın müasir şəhər mühitinə necə uğurla adaptasiya edildiyini və gələcək nəsillərə qüsursuz şəkildə ötürülməsi yollarını əyani şəkildə nümayiş etdirmişdir”.
Qeyd edilib ki, “sərgidə formatına görə dünyada yeganə olan “Sərdar Sandıq Mücrü Ocağı”nın təqdim etdiyi institusional model yüksək qiymətləndirilmişdir. Bildirilmişdir ki, itirilmiş qədim incilərin adını və fəlsəfəsini yaşadan bu ocaq, UNESCO-nun mədəni yaddaşın mühafizəsi çağırışlarına və müasir ekoloji, dayanıqlı şəhərsalma tələblərinə verilən ən praktiki cavabdır”.






İlk şərhi yaza bilərsiniz