BAYRAQDAR MEDİA – Ardahan Universitetinin ev sahibliyi ilə keçirilən III Beynəlxalq Ədəbiyyat, Dil və Təhsil Araşdırmaları Simpoziumu uğurla yekunlaşıb. Tədbirdə Türkiyə və müxtəlif ölkələrdən alimlər, tədqiqatçılar və tələbələr iştirak ediblər.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, universitetin rektoru Prof. Dr. Öztürk Emiroğlu çıxışında türk dilinin qlobal əhəmiyyətindən və ortaq türk əlifbasının vacibliyindən danışıb. O, türk ədəbiyyatının beynəlxalq səviyyədə daha geniş tanıdılması üçün institusional mexanizmlərin gücləndirilməsinin vacib olduğunu vurğulayıb. Simpoziumda ədəbiyyat, dilçilik və təhsil sahələrində yeni metodoloji yanaşmalar müzakirə olunub. Tədbir çərçivəsində müxtəlif elmi sessiyalar həm əyani, həm də onlayn formatda təşkil edilib. Simpozium iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.










İlk şərhi yaza bilərsiniz