BAYRAQDAR MEDİA – Azərbaycanın minifutbol üzrə milli komandası 27 may – 4 iyun tarixlərində Bratislava şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Minifutbol Federasiyasından daxil olub.
Xəbərdə deyilir ki, “bununla əlaqədar olaraq mayın 25-də Bakı Tennis Akademiyasının meydançasında milli komandanın media nümayəndələri üçün açıq məşqi təşkil olunub. Tədbirdə yığmanın baş məşqçisi Elşad Quliyev Avro-2026 üçün yekun heyəti açıqlayıb. Təcrübəli mütəxəssis komandanın hazırlıq prosesi və qarşıdakı turnirdəki hədəflər barədə jurnalistlərə məlumat verib. Milli komandanın üzvləri Vəli Qafarov və Ramiz Çovdarov da Avropa çempionatı ilə bağlı fikirlərini bölüşərək komandanın turnirə tam hazır olduğunu bildiriblər”.






İlk şərhi yaza bilərsiniz