Press "Enter" to skip to content

Əqli imkanları məhdud uşaqlar üçün idman tədbiri

Əqli imkanları məhdud uşaqlar üçün idman tədbiri

BAYRAQDAR MEDİA – Azərbaycan Xüsusi Olimpiya Komitəsi və “Top Padel Club” tərəfindən əqli imkanları məhdud uşaqlar üçün birgə idman tədbiri keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Komitədən daxil olub.

Xəbərdə diqqətə çatdırılır ki, “tədbirin məqsədi uşaqların idmana marağını artırmaq, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq və sağlam həyat tərzini təşviq etmək idi. Tədbir iştirakçıları padel idman növü ilə yaxından tanış olub, müxtəlif idman fəaliyyətlərində iştirak edib və xoş, yaddaqalan anlar yaşayıblar. Tədbirdə həmçinin Azərbaycan Tennis Federasiyasının nümayəndələri və “Porsche Azerbaijan” nümayəndələri də iştirak ediblər. Qeyd edək ki, həyata keçirilən əməkdaşlıq çərçivəsində yaxın gələcəkdə “Top Padel Club”un nəzdində xüsusi olimpiya idmançıları üçün bölmənin fəaliyyəti başlayacaq”.

Bundan əlavə, yaxın gələcəkdə “Top Padel Club” və sözügedən Komitə arasında memorandumun imzalanması planlaşdırılır. Memorandum çərçivəsində “Top Padel Club” xüsusi olimpiya idmançılarının padel idmanı üzrə hazırlanmasını, onların peşəkar idmançılar kimi yetişdirilməsini və beynəlxalq turnirlərə hazırlanmasını öz üzərinə götürəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.