BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Akademiyada keçiriləcək 2026-cı ilin birinci yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclasına hazırlıq məqsədilə müşavirə keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “müşavirədə çıxış edən MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov ötən yarımil ərzində kitabxananın fəaliyyəti barədə danışıb. Direktor elmi-informasiya xidmətinin təkmilləşdirilməsi, elektron resursların zənginləşdirilməsi, oxuculara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi və həyata keçirilən digər layihələri nəzərdən keçirib”.
Sonra xəbərdə, “H.Hüseynov qarşıda duran vəzifələri diqqətə çatdıraraq şöbə və fondların fəaliyyətinin daha da səmərəli təşkili, hesabatların hazırlanması və görülən işlərin sistemləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib. Müşavirədə, həmçinin yarımillik hesabatın hazırlanması ilə bağlı təklif və rəylər dinlənilib” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz