BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyətinin sədri Vüqar Behbudov növbəti vətəndaş qəbulu keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “qəbul zamanı vətəndaşların müxtəlif mövzularda müraciətlərinə baxılıb, onların sualları cavablandırılıb. Əlavə araşdırma və yoxlanılma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib. Bildirək ki, mütəmadi keçirilən qəbullara yazılmaq istəyən vətəndaşlar Agentliyin (012) 525-41-30 (daxili 5625, 5614) telefon nömrəsinə zəng edə, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə, sosial şəbəkə hesablarına müraciət edə, yaxud yerli filiallarına yaxınlaşa bilərlər”.






İlk şərhi yaza bilərsiniz