Son yeniləmə: 21 İyun 2026
BAYRAQDAR MEDİA – Yozgatın Çekerek rayonunun Akbay İbtidai Məktəbində təşkil olunan tədris ilinin sonu şənliyi böyük coşqu ilə keçirilib.
Bu barədə yozgathabergazete.com saytı məlumat yayıb.
Məlumatda deyilir ki, tədbirdə şagirdlərin il ərzində hazırladıqları müxtəlif səhnəciklər və çıxışlar nümayiş etdirilib: “Proqrama rayon rəhbərliyi və yerli qurumların nümayəndələri qatılıblar. Şagirdlərin təqdim etdiyi Qafqaz rəqsi tamaşaçıların xüsusi rəğbətini qazanıb. Bələdiyyə sədri Üzeyir İnce çıxışında müəllimlərə, şagirdlərə və valideynlərə təşəkkür edib. Şənlik alqışlar və rəngarəng çıxışlarla yekunlaşıb”.






İlk şərhi yaza bilərsiniz