Press "Enter" to skip to content

BŞTİ tabeliyində 712 təhsil müəssisəsi fəaliyyət göstərir 

Son yeniləmə: 22 İyun 2026

BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 2025–2026-cı tədris ilində təhsil islahatlarının məqsədlərinə və müasir dövrün tələblərinə uyğun təhsil mühitinin formalaşmasına nail olmaq üçün sistemli fəaliyyət həyata keçirilib. Tədris ili ərzində məktəbəqədər və ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin təkmilləşdirilməsi, innovativ və rəqəmsal həllərin tətbiqi, müəllimlərin peşəkar inkişafı və şagird nailiyyətlərinin artırılması əsas prioritet istiqamətlər kimi müəyyən edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya BŞTİ-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, BŞTİ tabeliyində 712 təhsil müəssisəsi fəaliyyət göstərir: “BŞTİ-nin tabeliyindəki 371 ümumi təhsil müəssisəsində 530 min 988 şagirdin təlim-tərbiyəsi ilə 32 min 52 müəllim məşğul olub”.

O da qeyd edilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərini 41 min 941, IX siniflərini 50 min 219, XI siniflərini 37 min 222, XII siniflərini isə 78 nəfər bitirib.

BŞTİ-nin tabeliyindəki 333 məktəbəqədər təhsil müəssisəsinə 37 min 401 uşaq cəlb olunub. Müəssisələrdə 4 min 153 tərbiyəçi-müəllim çalışır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.