Press "Enter" to skip to content

Bakı məktəbləri üçün “Rəqəmsal məktəb” platforması

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Son yeniləmə: 22 İyun 2026

BAYRAQDAR MEDİA – 2025-2026-cı tədris ilində Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində milli onlayn “Rəqəmsal məktəb” təhsil platformasının tətbiqinə başlanılıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya BŞTİ-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müasir təlim texnologiyalarının tədris prosesinə inteqrasiyasını təmin edən platforma tədris və idarəetmə proseslərinin təkmilləşdirilməsi, həmçinin təhsildə şəffaflığın artırılması məqsədilə istifadəyə verilib. Platformada şagird, valideyn, müəllim və məktəb rəhbərləri üçün fərdi kabinetlər yaradılıb, hər bir istifadəçi qrupunun ehtiyaclarına uyğun funksional imkanlar təqdim edilib.

Məlumata görə, tədris ili ərzində platformanın tətbiqi müsbət nəticələr verib, təhsil prosesinin rəqəmsallaşdırılması istiqamətində mühüm addımlar atılıb. Yeni tədris ilindən etibarən isə “Rəqəmsal məktəb” layihəsinin əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.