Press "Enter" to skip to content

STEAM layihəsi Bakı üzrə 211 minə yaxın şagirdi əhatə edib

Son yeniləmə: 22 İyun 2026

BAYRAQDAR MEDİA – BŞTİ-nin tabeliyindəki 227 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilib. Layihə BŞTİ-nin tabeliyindəki məktəblərdə 7 min 812 sinif üzrə 211 minə yaxın şagirdi əhatə edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya BŞTİ-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, layihə çərçivəsində keçirilən STEAM Azərbaycan Festivalında BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 185 şagird fərqlənib. Onlardan 30 nəfər I, 54 nəfər II, 47 nəfər III yerə layiq görülüb. 54 şagird isə xüsusi nominasiyalar üzrə medal və hədiyyələr qazanıb.

Məlumata əsasən, Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi inkişaf etmiş ölkələrdə müasir çağırışlar əsasında həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.